Məşhur amerikalı müğənni Beyons rəsmi olaraq milyarder statusu qazanıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Forbes" nəşri yazır.
44 yaşlı ulduz həyat yoldaşı Cey-Zi, Teylor Svift, Rihanna və Brüs Sprinqstinlə yanaşı, musiqi sahəsində milyarder olan beşinci şəxs olub. Qeyd olunur ki, bu maliyyə uğuruna nail olmasında "Cowboy Carter" adlı kantri albomuna həsr olunan konsert turu mühüm rol oynayıb. Sözügedən tur 2025-ci ilin ən yüksək gəlir gətirən konsert layihəsi olub.
"Bu albom ona yeni kommersiya imkanları qazandırdı, NFL fasiləsindəki Milad çıxışı və ilin ən gəlirli konsert turu isə Beyonsa daha bir nüfuzlu titul – milyarder statusu gətirdi", deyə jurnalistlər vurğulayırlar.
Qeyd edək ki, "Halo”, "Run the World” və bir çox digər hitlərin ifaçısı biznes imperiyasını hələ 2010-cu ildə qurmağa başlayıb. O zaman Beyons "Parkwood Entertainment” şirkətini təsis edərək karyerasının bütün istiqamətlərini öz nəzarətinə götürüb. Bir neçə il sonra isə şou-biznesdə təsirli fiqur olmaq və şəxsi imperiyasını yaratmaq istədiyini açıqlayıb. Bildirilir ki, Beyonsa gəlir gətirən təkcə konsertlər deyil, həm də əlavə mənbələrdir: saç baxımı məhsulları brendi, geyim xətti və spirtli içki markası.
Aydın
Şərhlər