Xəbər lenti

Ədalət Hacıyev Gəncə Dövlət Milli Dram Teatrına direktor təyin olundu
Sənət 16:24 14.02.2026

Ədalət Hacıyev Gəncə Dövlət Milli Dram Teatrına direktor təyin olundu

Gəncə Dövlət Milli Dram Teatrının direktoru vəzifəsinə təyinat olub.
 
Qaynarinfo xəbər verir ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmrinə əsasən, Ədalət Qasım oğlu Hacıyev Gəncə teatrının direktoru təyin olunub.

Məlumat üçün bildirək ki, Ədalət Hacıyev bu təyinatadək (2008–2026) Dövlət Akademik Rus Dram Teatrının direktoru vəzifəsində çalışıb.

Mədəniyyət nazirinin əmri ilə onu bu vəzifədə nazir müşaviri Oleq Əmirbəyov əvəz edib.
 
Qeyd edək ki, Ədalət Hacıyevin Gəncə Dövlət Milli Dram Teatrının direktoru təyin olunacağı barədə ilk xəbəri Qaynarinfo yayıbhttps://qaynarinfo.az/az/brilliant-dadasovanin-heyat-yoldasi-isden-niye-cixarilib-teferrueat-3.
--> -->