Xəbər lenti

Lerikdə mikroavtobus dərəyə aşdı, 6 nəfər yaralandı
Ölkə 12:20 31.12.2025

Lerikdə mikroavtobus dərəyə aşdı, 6 nəfər yaralandı

Lerikdə mikroavtobus dərəyə aşıb, yaralılar var.

"Report"un cənub bürosunun məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, Lerik istiqamətində hərəkətdə olan "Mercedes Vito" markalı avtomobil idarəetmədən çıxıb və dərəyə aşıb. Avtomobildə olan sürücü və sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Məlumata görə, Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə 6 nəfər yaralı daxil olub.

İlkin məlumata görə, onlar Bakıdan qayıdan rayon sakinləridir. Xəsrət alanların kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

--> -->