Kim Çen In Ukrayna müharibəsində həlak olan əsgərlərin xatirəsinə paytaxt Pxenyanda açılan abidənin təqdimat mərasimində çıxış zamanı ilk dəfə olaraq Şimali Koreya əsgərlərinin əsir düşməmək üçün özlərini partlatdıqlarını etiraf edib və bunu "sədaqətin zirvəsi” kimi qiymətləndirib.
Qaynarinfo xəbər verir ki, Şimali Koreyanın rəsmi xəbər agentliyi KCNA-nın yaydığı məlumata görə, prezident çıxışında bildirib ki, həmin əsgərlər ölkənin şərəfini qorumaq naminə "tərəddüd etmədən özlərini partlatmağı seçiblər”.
O əlavə edib ki, tapşırığı yerinə yetirə bilməməyin yaratdığı məyusluq belə onları "sadiq döyüşçü və vətənpərvər” kimi xarakterizə etməyə kifayət edir.
Qeyd edək ki, Şimali Koreyada düşmənə əsir düşmək "vətənə xəyanət” kimi qiymətləndirilir. Kimin bu açıqlamaları isə beynəlxalq ictimaiyyətdə geniş müzakirələrə səbəb olub.
İtkilərlə bağlı rəsmi məlumat yoxdur
Cənubi Koreyanın Milli Kəşfiyyat Xidməti (NIS) Rusiyanın Ukraynaya qarşı apardığı müharibəyə göndərilən Şimali Koreya hərbçilərindən təxminən 2 min nəfərin həlak ola biləcəyini iddia edib.
Lakin Pxenyan rəhbərliyi bu günə qədər nə göndərilən hərbçilərin sayı, nə də itkilərlə bağlı rəsmi məlumat açıqlayıb.
Günay
Şərhlər