Milli Məclis yanında Toponimiya Komissiyasının sədri, müavini və katibi müəyyənləşib.
Qaynarinfo xəbər verir ki, AMEA-nın prezidenti, deputat İsa Həbibbəyli yenidən Toponimiya Komissiyasının sədri seçilib.
Eyni zamanda Musa Quliyev sədr müavini, Cavid İskəndərov katib seçilib.
Qeyd edək ki, Komissiyanın üzvləri İsa Həbibbəyli, Elnarə Akimova, Nizami Cəfərov, Əziz Ələkbərov, Mahirə Hüseynova, Anar İsgəndərov, Elçin İsmayılov, Musa Quliyev, Hikmət Məmmədov, Möhsün Nağısoylu, Sabir Rüstəmxanlı və Cavid İsgəndərovdur.
Şərhlər