60 milyon il əvvəl əcdadlarımız olan primatlar üçün əkizlərin doğulması adi hal olub. Lakin təkamül prosesində nəslin azalması və müasir insanın əsasən bir uşağı dünyaya gətirməsi baş verib.
Qaynarinfo xəbər verir ki, bu nəticəyə Vaşinqton Qərb Universiteti və Yel Universitetinin antropoloqları gəliblər. Araşdırmanın nəticələri "Interesting Engineering"
nəşrində dərc olunub.
Beynin böyüməsi və nəsilvermənin azalması
Alimlərin fikrincə, primatların əsasən birnəfərlik növlərə çevrildiyi dövr təkamülü olaraq beynin ölçüsünün artması (ensefalizasiya) ilə üst-üstə düşüb. Bu proses tədricən nəslin azalmasına və insan beyninin böyüməsinə gətirib çıxarıb.
Araşdırmalara görə, çoxuşaqlı hamiləlik analardan daha çox enerji və səylər tələb edir. Bu isə anaların həyatını çətinləşdirir. Nəticədə, yalnız bir uşaq dünyaya gətirən primatlar daha çox sağ qalmaq şansına malik olurlar.
Təkamül prosesinin izahı
Araşdırmanı aparan alimlər Cek Makbrayd və Tesla Monson qeyd edirlər ki, məməlilərin filogeneziyasında (təkamül tarixi) nəslin sayını qiymətləndirmək insan təkamülünü formalaşdıran prosesləri anlamağa kömək edə bilər.
Alimlər bu məqsədlə nəslin sayı ilə bağlı məlumatları xəritəyə yerləşdirmək üçün riyazi alqoritmlərdən istifadə ediblər. Bununla belə, aidiyyəti fosillər çox nadirdir. Ona görə də, tədqiqatçılar ictimai məlumat bazalarına müraciət edərək, hamiləlik, doğuş zamanı və yetkinlik dövründə bədənin ölçüləri ilə bağlı antropoloji məlumatlar toplamağa çalışıblar.
Əkiz doğuşun xüsusiyyətləri və təkamül nəticələri
Araşdırma göstərib ki, çoxuşaqlı hamiləlik və ya əkizlərin doğulması "kiçik beynə və bədən ölçüsünə, qısa hamiləlik müddətinə və sürətli böyüməyə” uyğun gəlir.
Alimlər həmçinin qeyd edirlər ki, əkiz doğan primatlardan birnəfərlik növlərə keçid bir neçə dəfə baş verib. Nəticədə müasir insanın beyni və bədəni əcdadlarından daha böyükdür və adətən bir uşaq dünyaya gətirir.
Yeni nəsil "Beta" haqqında məlumat
Daha əvvəl bildirilmişdi ki, 2025-ci ildən "Beta" adlanan yeni insan nəsli doğulmağa başlayıb. Bu nəslə 2025-2039-cu illərdə doğulan bütün insanlar daxildir.
Proqnozlara görə, "Beta" 2035-ci ilə qədər dünya əhalisinin 16 faizini təşkil edəcək və onların əksəriyyəti 22-ci əsrə qədər yaşayacaq.
Aydın
Şərhlər