Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) üçüncü günü öz işinə başlayıb.
Qaynarinfo xəbər verir ki, gün ərzində ümumilikdə təxminən 162 tədbirin keçirilməsi nəzərdə tutulur.
Bu gün WUF13 çərçivəsində "Yaşıl, Davamlı və İnklüziv Bərpaya Doğru: Azərbaycanda Davamlı Şəhərlərin Tətbiqi", "Tərəfdaşlıq, Siyasət İnnovasiyası və Maliyyə vasitəsilə Əlverişli Mənzillərin Sürətləndirilməsi", "Köçkünlük Kontekstində "Yaxşı Şəhər"in Yenidən Düşünülməsi: Şəhər Böhranında Mənzil, Yaşayış Vəsaitləri və Rifah - Bir Tədqiqat", "Şəhərsalma İqlim Fəaliyyətidir - C40 və BMT-nin Yaşayış Yeri Sürətləndiricisi" kimi mövzularda sessiyalar baş tutacaq.
Xatırladaq ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) 182 ölkədən 40 mindən çox iştirakçı qeydiyyatdan keçib.
Forum mayın 17-də start götürüb və 22 mayadək davam edəcək.
Forum Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə sıx əməkdaşlığı çərçivəsində keçirilir və dayanıqlı şəhərsalma, "ağıllı şəhərlər" və innovativ şəhər həlləri sahəsində beynəlxalq təcrübə mübadiləsinə yönəlib.
Şərhlər