Plüm hökmünə məhkum edilmiş iki məhbus prezident ABŞ prezidenti Co Baydenin əfv qərarından imtina edərək cəzalarının dəyişdirilməməsini tələb ediblər.
Qaynarinfo bu barədə "NBC News"a
istinadən xəbər verir.
2024-cü ilin sonlarında ABŞ prezidenti Bayden 40 ölüm hökmündən 37-nin cəzasını ömürlük həbs cəzası ilə əvəzləyib. Lakin İndiana ştatında həbsdə olan Şannon Aqofski və Len Devis bu qərarı qəbul etməkdən imtina ediblər.
Onlar bildiriblər ki, cəzanın yüngülləşdirilməsinə razılıq vermək, öz məhkəmə qərarlarını yenidən mübahisələndirmək imkanlarını məhdudlaşdıra bilər. Hər iki məhbus onlara qarşı irəli sürülən ittihamları qəbul etmir.
Qeyd edək ki, Baydenin əfv siyahısına daxil edilməyənlər arasında 2013-cü ildə Boston marafonundakı partlayışların təşkilində günahkar bilinən Cohar Tsarnayev də var. Bundan əlavə, 2015-ci ildə Cənubi Karolinada afroamerikalılara məxsus bir kilsədə doqquz nəfəri qətlə yetirmiş Dilan Rufun və 2018-ci ildə Pittsburqdakı sinaqoqda 11 nəfəri öldürmüş Robert Bauersin adları da əfv olunanlar siyahısında yer almayıb.
Aydın
Şərhlər