"Azərpoçt”da yeni kadr təyinatı həyata keçirilib.
Valyuta.az-ın məlumatına görə, İbrahim Əhmədov "Azərpoçt” MMC-də Müştəri Dəstəyi Departamentinin direktoru vəzifəsinə təyin edilib.
İ.Əhmədov bundan əvvəl, 2024-2026-cı illərdə "Azərpoçt”da Müştəri Xidmətləri şöbəsinin rəhbəri vəzifəsində çalışıb.
2014-2024-cü illər müddətində "Azərcell Telecom”da Bakı Müştəri Dəstək Xətti üzrə komanda nümayəndəsi, Təlim bölməsi üzrə mütəxəssis, Müştəri və Rəqəmsal Dəstək komandası rəhbəri vəzifələrini icra edib.
O, 2005-2009-cu illərdə Azərbaycan Beynəlxalq Universitetində informasiya və riyaziyyat ixtisası üzrə bakalavr təhsili alıb. Hazırda isə 2022-ci ilin noyabr ayından etibarən Atatürk Universitetində biznesin idarə edilməsi üzrə bakalavr proqramı üzrə təhsilini davam etdirir.
Şərhlər