Adı dələduzluqda ittiham olunan və Azərbaycandan çıxışına məhdudiyyət qoyulan çinli iş adamı Vanq Tianbaonun məhkəmə ilə bağlı 13 mart 2026-cı il tarixli xəbərimizdə adı keçən "NEO Motors" MMC açıqlama verib.
Şirkətdən Qaynarinfo-ya daxil olan məlumatda bildirilir:
"XəbərdəqQeyd olunan "iş birliyi' ifadəsi həqiqətə uyğun deyil və ictimaiyyət arasında "NEO Motors” MMC ilə adıçəkilən şəxs arasında hüquqi və ya faktiki bağlılıq olması barədə yanlış təsəvvür yaradır. Bildiririk ki, Vanq Tianbao "NEO Motors” MMC-nin əməkdaşı, nümayəndəsi, təsisçisi, tərəfdaşı və ya hər hansı digər formada səlahiyyətli şəxsi olmayıb. Şirkətimizin həmin şəxsin hər hansı maliyyə və ya hüquqazidd fəaliyyəti ilə əlaqəsi yoxdur. Əksinə, şirkətimiz həmin prosesdə zərərçəkmiş tərəf qismində çıxış edib".
13 fevral 2025-ci il // 18:05
Bakıda vətəndaşların 10 milyon dollardan artıq pulunu mənimsəməklə gündəmə gələn çinli biznesmenin Azərbaycandan çıxışına məhdudiyyət qoyulub.
Qaynarinfo-nun məlumatına görə, Suraxanı rayonunun Hövsan Südçülük sovxozunda qeydiyyatda olan 1991-ci il təvəllüdlü Vanq Tianbao (Wang Tianbao) barəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəməyə müraciət edib.
Məhkəmədə məlum olub ki, Azərbaycanda Çin avtomobillərin satışını həyata keçirən Vanq Tianbaonun rəhbərlik etdiyi şirkətin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə ümumilikdə 753.560,02 manat vergi borcu yaranıb.
Məhkəmə idarənin iddiasını təmin edərək, çinli biznesmenin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb.
Qeyd edək ki, adı "NEO Motors" MMC ilə işbirliyində hallanan Vanq Tianbao 27 noyabr 2024-cü ildə Bakıda onlarla vətəndaşı avtomobillə təmin edəcəyini vəd edərək 10 milyon dollarından artıq pulu mənimsəməkdə ittiham olunaraq saxlanılmışdı.
Şərhlər