Bu ilin yanvar ayında Azərbaycan 3,3 milyon ABŞ dolları dəyərində 108 ədəd elektromobil idxal edib.
"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 50 %, kəmiyyət olaraq - 22 % azdır.
Hesabat dövründə Azərbaycan Çindən 1 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 54 % az) 59 ədəd (-21 %), Böyük Britaniyadan 875 min ABŞ dolları dəyərində (+2 dəfə) 2 ədəd (+2 dəfə), Amerika Birləşmiş Ştatlarından 627 min ABŞ dolları dəyərində (+15 %) 26 ədəd (-19 %), Almaniyadan 603 min ABŞ dolları dəyərində (-81 %) 13 ədəd (-48 %), Özbəkistandan 70,2 min ABŞ dolları dəyərində 4 ədəd elektromobil alıb.
Bu il son 16 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Özbəkistandan tədarük həyata keçirilib.
Şərhlər