Xəbər lenti

Xoşqədəm Hidayətqızı və Zaur Kamalın verilişləri dayandırıldı
Ölkə 23:27 17.03.2026

Xoşqədəm Hidayətqızı və Zaur Kamalın verilişləri dayandırıldı

ARB telekanalında kadr və proqram dəyişiklikləri ilə bağlı qərar qəbul edilib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, sabahdan etibarən tanınmış aparıcılar Xoşqədəm Hidayətqızı və Zaur Kamalın müəllifi olduqları verilişlərin yayımı dayandırılır.

Qeyd edək ki, sözügedən aparıcıların verilişlərinin efirdən yığışdırılması ilə bağlı məlumatlar bir müddətdir özəl mənbələr tərəfindən iddia olunurdu.

ARB telekanalının mətbuat xidməti məlumatı saytımıza təsdiqləyib.
--> -->