Xəbər lenti

Hərbi prokurorun müavini işdən çıxarıldı - Yeni təyinat
Ölkə 16:01 19.09.2025

Hərbi prokurorun müavini işdən çıxarıldı - Yeni təyinat

Respublika Hərbi prokurorunun müavini ədliyyə general-mayoru Fuad Məmmədov vəzifəsindən azad edilib.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu barədə baş prokuror Kamran Əliyev Əmr imzalayıb.

Əmrə əsasən, F.Məmmədov sərəncama götürülüb.

Digər Əmrlə Baş Prokurorluğun İstintaq İdarəsinin rəis müavini Qasım Məmmədov hərbi prokurorun yeni müavini təyin edilib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->