Portuqaliyalı mütəxəssis Joze Mourinyo ilə yollarını ayıran "Fənərbaxça” futbol klubunun yeni baş məşqçisi müəyyənləşib.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, sarı-lacivərdliləri bundan sonra təcrübəli italiyalı mütəxəssis Domeniko Tedesko çalışdıracaq.
Qeyd edək ki, Tedesko son olaraq Belçika millisinin baş məşqçisi olub.
Xatırladaq ki, İstanbul təmsilçisi UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Benfika”ya məğlub olduqdan sonra klub rəhbərliyi Joze Mourinyo ilə yolları ayırmaq qərarına gəlmişdi.
Şərhlər