Xəbər lenti

Ərdoğan Suriya ilə bağlı heç vaxt güzəştə getməyəcəyini açıqladı
Siyasət 23:12 18.12.2024

Ərdoğan Suriya ilə bağlı heç vaxt güzəştə getməyəcəyini açıqladı

Türkiyə Suriyanın ərazi bütövlüyünü heç vaxt güzəştə getməyəcək.


Qaynarinfo xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Livanın Baş naziri Nəcib Mikati ilə danışıqlardan sonra keçirdiyi mətbuat konfransında deyib.


"Bizim prioritetimiz tikinti vasitəsilə suriyalıların gündəlik həyatını normallaşdırmaqdır. Suriyanın ərazi bütövlüyünün qorunub saxlanması bizim ölkənin heç vaxt güzəştə getməyəcəyi bir məsələdir”, - Türkiyə lideri bildirib.


Livanın yardımından danışan Ərdoğan qeyd edib ki, hər iki ölkə birlikdə hərəkət etməli olduqlarını qəbul ediblər.


"Suriyanın sabitliyi son 13 ildə qeyri-sabitlikdən əziyyət çəkən bütün regionun sabitliyi deməkdir. Türkiyə kimi Livan da suriyalı qardaşlarımızı (qaçqınları - red.) qəbul etməkdən çəkinmədi. Ortaq məqsəd Suriyanı diriltmək üçün həm Türkiyə, həm də Livan üçün öhdəmizə düşəni yerinə yetirməkdə davam edəcəyik”, - Türkiyə Prezidenti vurğulayıb.



Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->