Xəbər lenti

ABŞ həbsxanasında zorakılığa məruz qalan qadınlar 115 milyon dollar alacaq
Dünya 18:47 18.12.2024

ABŞ həbsxanasında zorakılığa məruz qalan qadınlar 115 milyon dollar alacaq

ABŞ Federal Həbsxanalar Bürosu Kaliforniya islah müəssisəsində həbsdə olarkən cinsi və fiziki zorakılığın qurbanı olmuş 100-dən çox qadına 115 milyon dollar ödəyəcək. 

Qaynarinfo xəbər verir ki, "The Guardian"ın keçmiş qadın məhbusların vəkillərinə istinadən verdiyi məlumata görə, bu, Federal Həbsxanalar Bürosuna verilən ən böyük təzminatdır.

Oklend yaxınlığında yerləşən Dublin Federal Penitensiar müəssisəsi ilk qadın məhbuslarını 1974-cü ildə qəbul edib. Müəssisə pis reputasiyası ilə tanınıb və məhbuslar özləri onu zorlayanlar klubu adlandırılıb. Çoxlu sayda məhbusların personal və mühafizəçilər tərəfindən zorlanması faktları qeydə alınıb. Qadınlar illərlə zorakılığa məruz qala bilərlər.

Bunu ictimaiyyətə bildirməyi bacaran qadınlar daha sonra xüsusilə mürəkkəb zorakılığa məruz qalıblar. Azadlığa çıxan onlarla qadın hüquq müdafiəçilərinin dəstəyi ilə həbsxanaya baxış keçirməyə nail olub və istintaq bütün faktları təsdiqləyib. Bütövlükdə ABŞ-da qadın həbsxanalarında zorakılıqla bağlı hesabat 2022-ci ildə Senatda təqdim edilib. 2024-cü ilin aprelində Dublin həbsxanası bağlanıb.

Federal Həbsxanalar Bürosu, ABŞ səlahiyyətliləri tərəfindən iddiaların həllinin bir hissəsi olaraq, agentliyin xarici nəzarətə tabe olacağı və mütəmadi olaraq davam edən pozuntular haqqında hesabatlar dərc edəcəyi, keçmiş məhbuslara psixoloji yardım göstərəcəyi müqavilənin şərtlərini qəbul edib, təkadamlıq kameralardan istifadənin məhdudlaşdırılması və s.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->