Xəbər lenti

Avropa Ukraynaya 100 minə qədər hərbçi göndərə bilər -
Dünya 18:21 18.12.2024

Avropa Ukraynaya 100 minə qədər hərbçi göndərə bilər - "Reuters"

Avropa Ukraynaya sülhməramlı kimi göndəriləcək 100 minə yaxın hərbçidən istifadə edə bilər. 

Qaynarinfo xəbər verir ki, bu barədə anonimlik şərti ilə bir ukraynalı məmur "Reuters" agentliyinə bildirib.

Mənbə deyib ki, beş-səkkiz ölkədən ibarət koalisiya tərəfindən yaradıla bilər.

Xəbər verildiyi kimi, analitiklər və rəsmilər bu cür qüvvələrin sayı ilə bağlı müxtəlif təxminlər verir və çox şeyin onların konkret missiyasından asılı olacağını vurğulayırlar. Təxminən 40 min avropalı hərbçinin göndərilməsinin məqsədəuyğun olacağı güman edilir.

Hazırda Beynəlxalq Strateji Tədqiqatlar İnstitutunda işləyən Avstriyalı hərbi ekspert Frans-Stefan Qadinin sözlərinə görə, bölmələrin yerləşdirilməyə hazırlaşdığı və yerləşdirildikdən sonra bərpa olunduğu rotasiya sxemləri üzrə missiyaya təxminən 100.000 hərbçi cəlb oluna bilər: "Bu, şübhəsiz ki, Avropanın quru qüvvələrini xeyli genişləndirəcək".

Bundan əlavə, o vurğulayıb ki, bu halda Avropa ölkələri digər missiyalarını azaltmalı olacaqlar. Xüsusilə, Balkanlarda sülhün qorunması missiyası azalacaq.

İtaliyanın müdafiə naziri Quydo Krozetto bildirib ki, sülhməramlılar BMT-nin himayəsi altında fəaliyyət göstərməlidir. Lakin digər rəsmilər bunun BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Rusiyaya həddən artıq təsir edəcəyini deyirlər. Kütləvi informasiya vasitələri onu da yazır ki, Avropa ABŞ-ı bu əməliyyatda ən azı kəşfiyyat və digər əməliyyat yardımlarında iştirak etməyə inandırmalı olacaq.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->