Xəbər lenti

Sıra Nazilə Səfərliyə gəldi... (AÇIQLAMA)
Maqazin 16:34 18.12.2024

Sıra Nazilə Səfərliyə gəldi... (AÇIQLAMA)

Şairə Nazilə Səfərlinin adından dələduzluq edilib. 

Bu barədə Qaynarinfo-ya onun özü məlumat verib. 

Şairənin sözlərinə görə, bir nəfər onun adı ilə dostlarına və yaxınlarına yazaraq, onlardan pul istəyib:

"Hələ bilmirəm kimlərdən nə istəyib. Yazışmalardan bir-ikisi var. Oriental rəqqasə Renkaya, sonra yorğan-döşək düzəldib satan şirkətə yazıb ki, "xalamın ad günüdür, mənim üçün pay ver". Sonra oğluma yazıb. Oğluma yazıb ki, "canım necəsən?" Oğluma heç vaxt canım demirəm. O da tez mənə zəng edib ki, "ana, bu, sənsən?". Dedim ki, yox, oğlum, bilmirsən mən sənə canım demirəm". 

Nazilə Səfərli hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etmədiyini bildirib. 

Nazilə Səfərlinin adından dələduzluq etmək istəyən şəxslə əlaqə saxlamaq istədik. Ancaq onun telefonuna zəng çatmadı. 

Qeyd edək ki, bundan əvvəl aparıcı Mətanət Əliverdiyeva, rəqqasə Rəna Ağamuradova (Renka) və aktrisa Pərvin Abıyeva da bu olayla qarşılaşıb. 

Bahar Rüstəmli




Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->