ABŞ Dövlət Departamenti nəzdində fəaliyyət göstərən Qlobal Əlaqələr Mərkəzi (GEC), qəbul edilən müvəqqəti büdcədən maliyyələşdirmə kəsildikdən sonra fəaliyyətini dayandırıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Eurointegration
yazıb.
2016-cı ildə yaradılmış Qlobal Əlaqələr Mərkəzinin illik büdcəsi 61 milyon dollar olub və burada təxminən 120 nəfər çalışıb.
"Dövlət Departamenti növbəti addımlarla bağlı Konqreslə məsləhətləşmələr aparır" – ABŞ Xarici İşlər Nazirliyi bəyan edib.
Qlobal Əlaqələr Mərkəzi Konqresdəki Respublikaçılar tərəfindən uzun müddətdir tənqid olunur. Onlar mərkəzi senzurada və amerikalılara nəzarət etməkdə ittiham ediblər. 2023-cü ildə İlon Mask da GEC-i "demokratiyamız üçün təhlükə" adlandıraraq tənqid etmişdi.
Mərkəzin rəhbərliyi bu ittihamları rədd edib və onların fəaliyyətinin ABŞ-ın rəqiblərinin təbliğat kampaniyalarına qarşı mübarizədə mühüm rol oynadığını bəyan edib.
GEC-in bağlanması ilə səkkiz ildən sonra ilk dəfə ABŞ Dövlət Departamenti ABŞ-a qarşı yönəlmiş dezinformasiyanı izləyib qarşısını almaq üçün xüsusi bir qurumdan məhrum olub.
Alpər
Şərhlər