Ukrayna müdafiəçiləri Kursk vilayətinin Lqov yaşayış məntəqəsində yerləşən Rusiya Silahlı Qüvvələrinin 810-cu dəniz piyada briqadasının (DPB) idarəetmə məntəqəsinə zərbə endiriblər.
Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Strateji Kommunikasiya Mərkəzi (StratKom) Facebook məlumat yayıb.
"Bu gecə Ukrayna Silahlı Qüvvələri Rusiya Federasiyasının Silahlı Qüvvələrinə aid 810-cu DPB-nin Lqov yaşayış məntəqəsində, tərk edilmiş mülki binada yerləşən idarəetmə məntəqəsinə zərbə endirdi. Bu zərbə Ukrayna xalqına qarşı hərbi əməliyyatların koordinasiya imkanlarını zəiflətməyə yönəlmiş genişmiqyaslı kampaniyanın bir hissəsidir", - StratKom-un bəyanatında deyilir.
Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko bildirib ki, bu zərbə nəticəsində düşmən zabit heyəti arasında itkilər olub.
Rusiya Telegram kanalları isə Kursk vilayətinin müvəqqəti icra başçısının iddiasına əsasən, Lqov məntəqəsinə edilən hücum zamanı ölüm halları olduğunu bildirirlər.
Alpər
Şərhlər