Xorvatiyada 17 illik fasilədən sonra yenidən hərbi xidmət bərpa olunub. Ölkə rəhbərliyi hərbi vəzifənin bərpasını Rusiya-Ukrayna müharibəsi və Avropadakı təhlükəsizlik vəziyyətinin pisləşməsi ilə izah edib. Birinci mərhələdə 800 gənc iki aylıq hərbi xidmətə başlayacaq.
Qaynarinfo "Penzcentrum" portalına istinadən xəbər verir ki, çağırılanların təxminən yarısı xidmətə könüllü olaraq yazılıb, iştirakçıların 10 faizi qadınlardır.
Hərbi xidmət yenidən məcburi olsa da, gənclər vicdan səbəblərinə görə alternativ mülki xidmət seçə biliblər. Lakin bu imkan yalnız on nəfər tərəfindən istifadə edilib.
Xorvatiya hökumətinin planlarına görə, gələcəkdə hər il dörd min gənc hərbi hazırlıq keçəcək. Bu addımla NATO üzvü olan ölkələr arasında hərbi xidmət tətbiq edənlərin sayı onadək artıb. Xorvatiyadan başqa, gənclərə çağırışlar Yunanıstan, Türkiyə, Finlandiya, İsveç, Norveç, Danimarka, Estoniya, Latviya və Litvada da həyata keçirilir.
Aydın
Şərhlər