Xəbər lenti

Bu əraziyə tramvay xətti çəkiləcək
Ekonomiks 18:37 28.01.2025

Bu əraziyə tramvay xətti çəkiləcək

İki yaşayış sahəsinin - Mehdiabad və "Sea Breeze” ərazilərinin metro və dəmir yoluna çıxışı yoxdur. Bu ərazilərdə isə artıq tramvay xətlərinin tətbiq olunması nəzərdə tutulub.

Qaynarinfo xəbər verir ki, bunu AYNA-nın sədri Anar Rzayev nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə Prezident İlham Əliyevə məruzəsində bildirib.

AYNA rəhbəri qeyd edib ki, "Sea Breeze”dən tramvay xətti çəkilərək Pirşağı stansiyası ilə əlaqələndiriləcək və orada bir hab yaradılacaq:

"Mehdiabad-Binəqədi istiqamətindən isə metronun "28 May” stansiyası ilə əlaqələndirməklə tramvay xəttinin çəkilməsi nəzərdə tutulub ki, sərnişinlərə xidmət göstərilə bilsin”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->