Xəbər lenti

BŞTİ: 207 saylı məktəbin direktorunun vəsait tələb etməsilə bağlı iddialar araşdırılacaq
Ölkə 19:20 09.05.2025

BŞTİ: 207 saylı məktəbin direktorunun vəsait tələb etməsilə bağlı iddialar araşdırılacaq

"Paytaxtdakı 207 nömrəli tam orta məktəbdə "Son zəng" tədbirinə görə məktəb direktoru tərəfindən vəsaitin tələb olunmasına dair iddialarla bağlı araşdırma aparılacaq”.

Qaynarinfo xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.

Qeyd edilib ki, "Son zəng" tədbirinin təşkilinə dair Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq təlimatı məktəb rəhbərinin nəzərinə çatdırılıb, tədbirin keçirilməsi ilə bağlı tələblərə əməl olunması barədə aidiyyəti tapşırıqlar verilib.

"Aparılan araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək”, - məlumatda qeyd edilib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->