Xəbər lenti

Müxalifət Paşinyana qarşı impiçment proseduruna start verdi
Siyasət 19:58 09.05.2025

Müxalifət Paşinyana qarşı impiçment proseduruna start verdi

Ermənistanın Vahid Milli Konstitusiya Partiyası ölkənin baş naziri Nikol Paşinyana etimadsızlıq votumu bildirilməsi prosesinə başlayıb.

Bu barədə partiyanın sədri Ovik Ağazəryan feysbukdakı səhifəsində məlumat yayıb.

"Ermənistanın baş naziri Nikol Paşinyana qarşı etimadsızlıq votumu (impeçment) elan etmək proseduruna başlayırıq”, - o yazıb.

Ağazəryanın sözlərinə görə, yeni hökumət başçısı postuna namizədin adı mayın 20-də açıqlanacaq.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->