Xəbər lenti

Kürün səviyyəsinin qalxması nəticəsində bəzi əraziləri su basdı
Ölkə 22:30 09.05.2025

Kürün səviyyəsinin qalxması nəticəsində bəzi əraziləri su basdı

Sabirabadda Kürün səviyyəsinin qalxması nəticəsində yulğunluq əraziləri su basıb.

APA-nın məlumatına görə, yağan leysan yağışları nəticəsində Kür çayının Sabirabad royununun kürətrafı Həşimxanlı və Ətcələr kəndlərində yulğunluq əraziləri su basıb.

Bəzi yerlərdə salınan yaşıllıqlar da subasmaya məruz qalıb. Hələlik fərdi yaşayış evlərinin subasma təhlükəsi yoxdur.

Vəziyyət bundan sonra yağan yağışlardan asılı olaraq dəyişə bilər.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->