Konya şəhərində keçiriləcək "Anadolu Ankası- 2025” ("Anatolian Phoenix - 2025") beynəlxalq axtarış-xilasetmə təlimində iştirak edəcək Azərbaycan Ordusunun hərbi qulluqçuları və aviasiya vasitələri qardaş ölkə Türkiyəyə yola düşüb.
Qaynarinfo xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Müxtəlif ölkələrin hərbçilərinin cəlb olunduğu beynəlxalq təlimdə ölkəmizi Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup şəxsi heyəti və Su-25 hücum təyyarələri təmsil edəcək.
Şərhlər