Xəbər lenti

Azərbaycanlı qız karate üzrə dünya çempionu oldu
İdman 21:50 09.05.2025

Azərbaycanlı qız karate üzrə dünya çempionu oldu

Azərbaycanlı karateçi Şəfaqət Zeynallı dünya çempionu olub.

Polşada keçirilən ənənəvi karate üslubu - fudokan üzrə 10-cu dünya çempionatında Qərbi Azərbaycanın Qarakilsə rayonunun Şəki kəndindən olan Şəfaqət Zeynallı böyük uğura imza atıb.

O, çempionatda çıxışı ilə seçilərək birinci yerin sahibi olub və qızıl medalla təltif edilib.
--> -->