Azərbaycanın Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Vaşinqtonda rəsmi səfərdə olub.
Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dəki səfirliyinin "X"dəki paylaşımında qeyd olunub.
Səfər çərçivəsində ABŞ Baş Prokurorluğunun, Federal Təhqiqatlar Bürosunun, Ədliyyə Nazirliyinin və Dövlət Departamentinin yüksək vəzifəli nümayəndələri ilə görüşlər keçirilib.
"Azərbaycan və ABŞ arasında qarşılıqlı maraq doğuran müxtəlif məsələlər, həmçinin əməkdaşlığın perspektiv istiqamətləri müzakirə olunub", – deyə məlumatda bildirilir.
Şərhlər