Xəbər lenti

Baş İdarə rəisinin və sektor müdirinin məhkəməsi başlayır
Ölkə 19:52 07.01.2025

Baş İdarə rəisinin və sektor müdirinin məhkəməsi başlayır

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi Raqif Abbasov və idarənin maliyyə-iqtisadiyyat sektorunun müdiri olmuş Eldəniz Qulamovun barəsində olan cinayət işi üzrə məhkəmə başlayır.


APA xəbər verir ki, cinayət işi üzrə məhkəmənin hazırlıq iclası yanvarın 8-nə təyin olunub.


İşə hakim Eldar İsmayılovun sədrliyi ilə baxılacaq.


Qeyd edək ki, adı çəkilən şəxslər 1 milyon manata yaxın dövlət vəsaitini mənimsəmədə ittiham olunurlar.


Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində onlara qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb



Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->