Bakının hansı rayonunda restoran biznesi daha çox gəlir gətirir? (VİDEO)
Bu ilin I yarımilində paytaxt ərazisində kafe və restoranların ən yüksək dövriyyəsi olan rayonların siyahısı açıqlanıb.
Xezerxeber.az xəbər verir ki, bu haqda Bakı Şəhər Statistika İdarəsi məlumat yayıb. Bildirilir ki, cari ilin I yarımilində kafe və restoranların ən yüksək dövriyyəsi Səbail rayonunda qeydə alınıb.
İqtisadçı ekspert Xalid Kərimli deyir ki, bu ilin yanvar-iyun aylarında Bakı şəhərində ictimai iaşə dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 7.8% artaraq 708.1 milyon manat olub. Ekspert Səbail rayonunda iaşə obyektlərinin yüksək gəlir gətirməsinin səbəbini isə belə izah edib.
İqtisadçı deyir ki, hesabat dövründə paytaxtın Yasamal, Xəzər, Sabunçu rayonlarında ictimai iaşə dövriyyəsi azalıb. Qalan doqquz rayonunda isə artıb.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər