Aramsız yağan yağışlardan sonra fərdi yaşayış evi almaq məqsədilə beh verən alıcıların əksəriyyəti pullarını geri tələb etməyə başlayıb.
Bunu Qaynarinfo-ya açıqlamasında əmlak eksperti Ramil Osmanlı deyib.
Ekspertin sözlərinə görə, mövcud vəziyyət fonunda fərdi yaşayış evlərinə olan maraq psixoloji baxımdan müəyyən müddət azalacaq.
Ramil Osmanlı bildirib ki, yaranmış vəziyyət fərdi yaşayış evlərinin qiymətlərinə də təsirsiz ötüşməyəcək:
"Yağışlardan əvvəl ev alan və beh verən şəxslər hazırda verdikləri məbləği ev sahiblərindən geri tələb edirlər. Belə hallarda behin geri istənilməsi anlaşılandır".
Ekspert hesab edir ki, bu vəziyyət qısamüddətli xarakter daşıyacaq:
"Təxminən bir-iki ay ərzində baş verənlər unudulacaq və bazarda fərdi yaşayış evlərinə əvvəlki münasibət bərpa olunacaq. Bu müddətdə tələb müəyyən qədər azalacaq. Belə hallarda qiymətlərin nisbi şəkildə aşağı düşməsi normal sayılır".
Bahar Rüstəmli
Şərhlər