Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olmaq üçün hazırda 42 min 729 nəqliyyat vasitəsinin buraxılış kartı var. Amma maraqlıdır ki, bu avtomobillərin hamısı gündəlik reysə çıxmır.
Yerüstü Nəqliyyat Agentliyindən bilidirlib ki, gündəlik reysə çıxan taksi minik vasitələrinin sayı cəmi 23 min civarındadır. Bu isə bazarda taksi sayının tələbatdan artıq olduğunu göstərir.
Rəsmi qurum bildirir ki, hazırda taksi xidməti sahəsində tələbat tam ödənilir.
Bildirilib ki, AYNA-nın rəsmi saytında həm buraxılış kartı qüvvədə olan nəqliyyat vasitələrinin sayı, həm də kvotada yaranan boş yerlərlə bağlı məlumatlar yer alacaq. Əgər kvotada boşalan yerlərin sayı növbədə duran şəxsin nəqliyyat vasitələrinin sayından az olarsa, həmin vaxt yalnız mövcud boş yerlər qədər buraxılış kartı veriləcək. Yerdə qalan nəqliyyat vasitələrinin isə növbədə qalması davam edəcək.
AYNA-dan o da qeyd olunub ki, bazarda taksi sayı çox olduğundan kvotada yerin boşalması vaxt tələb edəcək. Son müraciət tarixindən sonra göndərilən ərizələr sistemdə gözləməyə düşür və yalnız yer azad olduqda növbəlilik prinsipi ilə baxılacaq. Növbəliliklə bağlı əlavə məlumatlar isə vaxtaşırı ictimaiyyətə təqdim ediləcək.
Xezerxeber.az-ın mövzu ilə bağlı daha ətraflı videomaterialını təqdim edirik.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər