Xəbər lenti

Bakıda evlərə girməyə çalışan qadın tutuldu (VİDEO)
Ölkə 16:54 06.09.2025

Bakıda evlərə girməyə çalışan qadın tutuldu (VİDEO)

Xəbər verdiyimiz kimi, Bakının Nərimanov rayonu, Azadlıq prospektində yerləşən binaların birində naməlum qadın bloklara daxil olaraq evlərə girməyə çalışıb. Qapılardan birinin açıq olduğunu görən qadın mənzilə daxil olub. Həmin görüntüləri isə sosial şəbəkədə sakinlər paylaşıblar.

DİN Mətbuat xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirib ki, Nərimanov rayonu, Azadlıq prospektində yerləşən binada bloklara daxil olaraq mənzillərə girməyə cəhd göstərən naməlum qadının şəxsiyyəti müəyyən olunub: "1992-ci il təvəllüdlü, tufeyli həyat tərzi keçirən Səidə Kişiyevanın tutulması üçün polis əməkdaşları tərəfindən tədbirlər görülür. Əlavə məlumat veriləcək".

Qaynarinfo-nun məlumatına görə, artıq polis əməkdaşları tərəfindən həmin qadın saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Araşdırmalar aparılır.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->