Xəbər lenti

Pentaqonun adının dəyişdirilməsi milyardlarla dollara başa gələ bilər
Dünya 16:45 06.09.2025

Pentaqonun adının dəyişdirilməsi milyardlarla dollara başa gələ bilər

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) Müharibə Nazirliyi adlandırılması ölkəyə milyardlarla dollara başa gələ bilər. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Politico” qəzeti məlumat yayıb.

Keçmiş məmur jurnalistlərə bildirib ki, bu addım sırf daxili siyasi auditoriya üçündür və nəinki milyonlarla dollara başa gələcək, həm də Çin və Rusiyanın hesablamalarına heç bir təsir göstərməyəcək. Bundan əlavə, ABŞ-ın düşmənləri bundan ölkəni müharibə alovu və qlobal sabitliyə təhlükə kimi qələmə vermək üçün istifadə edə bilər.

"Politico"ya görə, məmurlar 40 ölkədə və ABŞ-ın bütün 50 ştatında 700 mindən çox departament obyektlərində Pentaqonun simvollarını dəyişdirməli olacaqlar.

Sentyabrın 5-də ABŞ prezidenti Donald Tramp ölkənin Müdafiə Nazirliyinin adının dəyişdirilərək Müharibə Nazirliyi olması haqqında sərəncam imzaladığını açıqlayıb. Onun sözlərinə görə, agentliyin Müdafiə Nazirliyi adı həddən artıq liberaldır, dünyadakı vəziyyəti nəzərə alaraq Müharibə Nazirliyi daha uyğundur. Pentaqonun rəhbəri Pit Heqset öz növbəsində əlavə edib ki, Birləşmiş Ştatlar 1947-ci ildə Müharibə Nazirliyinin adının dəyişdirilməsindən sonra heç bir böyük münaqişədə qalib gəlməyib.

Aydın


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->