Fransa prezidenti Emmanuel Makron bildirib ki, Avropa İttifaqının Ukraynaya 90 milyard avro həcmində kredit ayırması ilə bağlı qərar 2025-ci ilin dekabrında yekdilliklə qəbul olunub və bu razılaşma mütləq icra edilməlidir.
Qaynarinfo xəbər verir ki, bu barədə o, 19 mart tarixində keçirilən Avropa Şurası sammitindən sonra danışıb.
"Mənim üçün 90 milyard avroluq kreditlə bağlı "B planı" yoxdur, çünki "A planı" icra olunmalıdır. Şuranın etibarlılığı bundan asılıdır", deyə Makron vurğulayıb.
Makron, həmçinin Ukrayna prezidenti Volodimir Zelenskıyə təşəkkür edib. O qeyd edib ki, Zelenski Avropa İttifaqının texniki yardım göstərilməsi və Rusiya zərbələri nəticəsində zədələnmiş "Drujba" neft kəmərinin bərpasının maliyyələşdirilməsi üçün missiyanın Ukraynada fəaliyyətinə razılıq verib.
Fransa prezidenti bildirib ki, Avropa Şurasının ötən ilin dekabrında qəbul etdiyi qərar gecikmədən və əməkdaşlıq prinsiplərinə uyğun şəkildə həyata keçirilməlidir.
"Əgər dövlət və hökumət başçıları bir qərar üzərində razılığa gəlirlərsə, bu qərar icra olunmalıdır. Əks halda bu, müzakirələrimizin mənasını itirməsi deməkdir", deyə o əlavə edib.
Aydın
Şərhlər