AMEA-nın əməkdaşı, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevin, Rumıniyanın "Liceul International Maarif Schools" tələbəsi Rauf Həsənzadə ilə birlikdə beynəlxalq münasibətlər və geosiyasət sahəsində nüfuzlu jurnalı "Revista GeoPolitica" da "Zəngəzur dəhlizi: Beynəlxalq Sülh və Rifah üçün Tramp marşrutu" adlı məqaləsi dərc edilib.
Dünyanın nüfuzlu siyasi xadimləri, diplomatiya və beynəlxalq münasibətlər sahəsində mütəxəssislərin araşdırmaları olan jurnalda dərc edilən məqalədə qeyd edilir ki, ən müxtəlif səviyyələrdə ciddi müzakirələrə səbəb olan Beynəlxalq Sülh və Rifah üçün Tramp marşrutu (TRIPP) layihəsi iştirakçı ölkələr üçün Avrasiya logistikasının transformasiyası prosesinin başlanması və Yeni İpək Yolunda əsas oyunçular olan ölkələrin rolunun əsaslı şəkildə yeni müstəviyə çıxmaları ilə səciyyələndirilir.
Layihənin ikinci hissəsi Qərbdən Tramp marşrutuna qoşularaq, onun Anadolu istiqamətində fəaliyyətini təmin etməli olan Qars-Dilucu dəmir yolu layihəsidir ki, bunun tikintisinə də artıq Türkiyə hakimiyyəti tərəfindən rəsmən start verilib.
Bu meqalayihənin Avrasiya regionunun geosiyasi arxitekturasına verəcəyi töhfələrlə yanaşı, sülh və əmin-amanlığın təminatına xidmət edəcəyi də bəllidir. Lakin buna baxmayaraq, layihənin həyata keçirilməsinin hansı geoiqtisadi və geosiyasi risklərlə üzləşə biləcəyi hələ də ciddi mübahisələr doğurmaqdadır. Məhz bu səbəbdən istər region ölkələrinin, istərsə də dünyanın bir sıra mühüm aktorlarının siyasi şərhçiləri və iqtisadi, siyasi ekspertləri müntəzəm olaraq media müstəvisində bu mövzuda müzakirələr açırlar.
Məqalə ilə aşağıdakı linkdə tanış olmaq olar:
Şərhlər