Xəbər lenti

Bu rayonda mənzil fondu təmir olunacaq - 195 min manat ayrıldı
Ekonomiks 18:14 11.12.2025

Bu rayonda mənzil fondu təmir olunacaq - 195 min manat ayrıldı

Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər Nümayəndəliyi mənzil fondunun əsaslı təmir işlərinin satın alınması ilə bağlı tenderə yekun vurub. 

Qaynarinfo-nun məlumatına görə, tenderin qalibi "Dream Constrcution Company” MMC seçilib. Təmir işlərinə görə şirkətə 195 219,34 manat ödəniləcək. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "Dream Construction Company” MMC 20 may 2014-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 5515 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu, Heydər Əliyev prospekti, ev 152-də yerləşir. MMC-nin qanuni təmsilçisi Cavadov Cavid Elman oğludur.

Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumat yoxdur. 

Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevdir. O, 14 ildir ki, rayona rəhbərlik edir. Vidadi İsayevin Bərdə şəhər üzrə nümayəndəsi isə Əli Fərzəliyevdir. 

Seyid

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->