Xəbər lenti

BP-də rəis olmaq istədi, dələduzluqla üzləşdi - 30 min manatlıq fırıldaq
Ölkə 18:34 11.12.2025

BP-də rəis olmaq istədi, dələduzluqla üzləşdi - 30 min manatlıq fırıldaq

"BP Azərbaycan" şirkətində mühafizə rəisi vəzifəsinə düzəlmək istəyən şəxs dələduzluqla üzləşib. 

Qaynarinfo-nun məlumatına görə, Rəşad Ağayevə (şərti) qarşı dələduzluq əməlini Şirini adlı tanışı törədib. 

Şirin Rəşad Ağayevi inandırıb ki, onu 30 000 manat müqabilində "BP Azərbaycan" şirkətində mühafizə rəisi vəzifəsinə düzəldə bilər. Buna inanan Rəşad Ağayev deyilən məbləği Şirinə versə də, ikinci vədini yerinə yetirməyib. 

Qarşı tərəf hüquq-mühafizə orqanlarına müraciət edib. Araşdırmalar nəticəsində məlum olub ki, Şirin başqa bir nəfərə qarşı dələduzluq edib. O, Bakı şəhəri Xəzər rayonu, "Albalılıq" yaşayış massivində yerləşən 150 sot torpaq sahəsinə guya çıxarış alacağını deyərək həmin şəxsdən 12 000 manat pul alıb. 

Şirin saxlanıldıqdan sonra ona qarşı Cinayət Məcəlləsinin 178.2.2 (Dələduzluq - təkrar törədildikdə) və 178.2.4-ci (Dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham elan edilib. Həmçinin məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib. 

Cinayət işinə Xətai Rayon Məhkəməsində hakim Aygün Həsənovanın sədrliyi ilə baxılıb. Məhkəmə zamanı Şirin özünü verilmiş ittiham üzrə tam təqsirli bilib. O əlavə edib ki, zərərçəkmişlərdən birinə dəymiş ziyanı ödəsə də, digərinə dəymiş ziyanı ödəmək imkanı yoxdur. 

Məhkəmənin hökmü ilə Şirin 3 il müddətinə azadlıqdan məhrum edilib. 

Seyid

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->