Xəbər lenti

Azərbaycan ötən ay 21 milyon dollarlıq qızıl ixrac edib
Ekonomiks 12:18 28.02.2025

Azərbaycan ötən ay 21 milyon dollarlıq qızıl ixrac edib

Bu ilin yanvar ayında Azərbaycan 21,1 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib.

Qaynarinfo xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı "İxrac İcmalı”nın fevral sayında bildirilir.

Sənədə əsasən, ay ərzində ixrac edilmiş qeyri-neft-qaz sektoruna aid malların siyahısında növbəti yerlərdə karbamid (21 milyon ABŞ dolları) və xurma (19.3 milyon ABŞ dolları) qərarlaşıb.

Xatırladaq ki, ötən ilin yanvar ayında Azərbaycanın ixrac etdiyi qeyri-neft-qaz mallarının ilk 3-lüyünə elektrik enerjisi (28,8 milyon ABŞ dolları), xurma (17,1 milyon ABŞ dolları) və pomidor (tomat, 16,6 milyon ABŞ dolları) daxil olub.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->