Ov qadağası balıq bazarına necə təsir edir? (VİDEO
Bir tərəfdən ölkədə balıq ovu qadağandır, digər tərəfdən də İrandan gələn məhsulun həcmində ciddi azalma var. Bəs belə bir vəziyyətdə bazardakı tələbat necə ödənilir?
Qaynarinfo Xəzər TV-yə istinadən xəbər verir ki, satıcılar bildirirlər ki, hazırda alıcılara təklif olunan balıqlar əsasən yerli süni göllərdən və xarici ölkələrdən gətirilir.
Bazarda xarici balıqların qiymət baxımından daha sərfəli olması alıcıların da seçiminə təsir edir. Bu səbəbdən də Rusiya və Türkiyədən gətirilən spesifik balıq növləri piştaxtalarda xüsusilə üstünlüyə malikdir.
Mütəxəssislər də idxalda liderlik edən ölkələrin artıq dəyişdiyini təsdiqləyirlər. Əvvəllər İran və Rusiya məhsulları bazarda əsas paya sahib idisə, hazırda Türkiyədən gətirilənlər önə çıxıb. Eyni zamanda, daxili bazardakı boşluğu doldurmaqda yerli balıqçılıq təsərrüfatlarının da rolu böyükdür.
Beləliklə, ov qadağası daxili bazarda balıq qıtlığına səbəb olmayıb. Yerli təsərrüfatlar və qonşu ölkələrdən gələn idxal məhsulları sayəsində bazarda tarazlıq qorunur.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər