"Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən körpünün təmirə bağlanacağı ilə bağlı məlumatlar həqiqətə uyğun deyil".
Bu məlumatı Oxu.Az-a açıqlamasında Sumqayıt şəhər İcra Hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayev deyib.
"Körpünün bağlanması ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil. Körpüyə gedən yolda qaz xəttinin çəkilməsi ilə bağlı tədbirlər görülür. Yol açıqdır", - deyə E.Qocayev vurğulayıb.
Şərhlər