Avropa İttifaqı (Aİ) diplomatik xidmətinin keçmiş Baş katibi Stefano Sannino fırıldaqçılıq qalmaqalı fonunda vaxtından əvvəl təqaüdə çıxmaq üçün ərizə verib.
Bu barədə "Report"un Avropa bürosu "Euractiv" onlayn nəşrinə istinadla xəbər verir.
S.Sannino Avropa İttifaqı vəsaitlərinin təyinatı üzrə istifadə edilməməsi ilə bağlı iş çərçivəsində Belçika polisi tərəfindən saxlanılıb və dindirildikdən sonra istefa verdiyini açıqlayıb.
O, bunun baş katib olduğu dövrdə həyata keçirilən layihə ilə bağlı olduğunu bildirib. Bununla yanaşı, özünü təqsirli saymadığını və vəziyyətin aydınlaşdırılacağına əmin olduğunu vurğulayıb.
Şərhlər