Xəbər lenti

Avropa İttifaqı Moldovadakı səsverməyə ilkin reaksiya verdi
Dünya 17:33 21.10.2024

Avropa İttifaqı Moldovadakı səsverməyə ilkin reaksiya verdi

Aİ hələlik Moldovada keçirilmiş referendumun və prezident seçkilərinin birinci turunun nəticələrini rəsmi olaraq şərh etmir, lakin seçki kampaniyasının keçirildiyi şəraitə diqqət çəkir.

Qaynarinfo xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət xidməti nümayəndəsi Peter Stano Brüsseldə keçirilən brifinqdə bildirib.

O qeyd edib ki, Aİ Moldovadakı hər iki səsverməni – referendum və prezident seçkilərini çox diqqətlə izləyib.

"Biz bilirik ki, bu səsvermə Moldovadakı demokratik prosesi pozmağa çalışan Rusiya və onun proksiləri tərəfindən misilsiz müdaxilə və təhdid şəraitində keçirilib", – deyə Stano bildirib və xüsusi olaraq səs alqı-satqısı cəhdlərini və Rusiyanın və onun əlaltılarının "böyük təbliğatını" vurğulayıb.

O, bu səsverməni pozmaq cəhdlərinin həftələrlə deyil, aylarla, 20 oktyabr tarixindən çox əvvəl baş verdiyini qeyd edib.

Stano əlavə edib ki, Aİ hər iki səsvermənin rəsmi nəticələrinin elan edilməsini və müşahidə missiyalarının bəyanatlarını gözləyir. "Bundan sonra biz rəsmi reaksiya ilə çıxış edəcəyik", – deyə nümayəndə bildirib.

Avropa Komissiyasının nümayəndəsi Erik Mamer əlavə edib ki, Aİ Moldovanın Avropa İttifaqına qoşulmaq istəyini tam dəstəkləməyə davam edir.

Moldova Mərkəzi Seçki Komissiyasının məlumatlarına görə, seçicilərin səslərinin 99,46%-nin sayılmasından sonra Moldovanın Avropa İttifaqına üzv olmasına dair konstitusiya referendumunda vətəndaşların müsbət cavabı təsdiqlənib – lakin çox az fərqlə.

Moldova Prezidenti Maya Sandu bildirib ki, seçkilərdə və referendumda ədalətli siyasi proses baş verməyib. Sandu hakimiyyətin səs alqı-satqısının genişmiqyaslı olduğunu sübut edən dəlillərə malik olduğunu iddia edir.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->