Xəbər lenti

Seul: Şimali Koreya əsgərlər müqabilində Rusiyadan nüvə texnologiyası ala bilər
Dünya 12:00 22.10.2024

Seul: Şimali Koreya əsgərlər müqabilində Rusiyadan nüvə texnologiyası ala bilər

Rusiya Şimali Koreyaya Ukraynaya qarşı müharibədə əsgərlərinin iştirakına görə hərbi nüvə texnologiyası ilə "ödəyə” bilər.

Qaynarinfo "Ukrinform”a istinadən xəbər verir ki, bunu BMT Təhlükəsizlik Şurasında Cənubi Koreyanın daimi nümayəndəsi Conkuk Hvanq deyib.

"Şimali Koreya öz bölmələrinin iştirakına görə Moskvadan səxavətli ödəniş gözləyəcək. Həm maliyyə, həm də hərbi yardımdan danışmaq olar. Bu, həmçinin nüvə silahları ilə bağlı texnologiyalar ola bilər”, - Hvanq bildirib.

O, Pxenyanın tezliklə Rusiyanın Ukraynaya qarşı müharibəsinin fəal iştirakçısına çevriləcəyini ehtimal edib. 

Cənubi Koreya səfiri Rusiyanı bütün qoşunlarını dərhal Ukraynadan çıxarmağa çağırıb və xatırladıb ki, Ukraynada davamlı sülh yalnız BMT Nizamnaməsinə və beynəlxalq hüquqa uyğun olaraq mümkündür.

Xatırladaq ki, Ukrayna Baş Kəşfiyyat İdarəsinin məlumatına görə, Ukraynaya qarşı müharibəyə göndərilmək məqsədilə Rusiyanın şərqində 11 minə yaxın Şimali Koreyalı əsgəri hərbi təlim keçir. Bu məlumatı bir çox Qərb mediası da təsdiqləyib. Şimali Koreya həbçilərinin artıq noyabrda döyüşlərə qatılacağı gözlənilir. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->