Xəbər lenti

Perunun eks-prezidenti rüşvətə görə 20 il azadlıqdan məhrum edildi
Dünya 12:23 22.10.2024

Perunun eks-prezidenti rüşvətə görə 20 il azadlıqdan məhrum edildi

Peru məhkəməsi keçmiş prezident Alexandro Toledonu Braziliya tikinti nəhəngi "Odebrecht”dən rüşvət aldığına görə 20 il 6 ay həbs cəzasına məhkum edib. Şirkət Latın Amerikasında dövlət məmurlarına və digərlərinə rüşvətə milyonlarla dollar xərcləyib.

Bu barədə Qaynarinfo AP-yə istinadən xəbər verir.

Hakimiyyət Toledonu magistral yolun tikintisinə icazə vermək müqabilində "Odebrecht”dən 35 milyon dollar rüşvət almaqda ittiham edib. Lima məhkəməsi 2001-2006-cı illərdə Peruya rəhbərlik etmiş Toledonun ABŞ-dan ekstradisiya edilib-edilməməsi ilə bağlı mübahisə də daxil olmaqla, uzun illər davam edən hüquqi mübahisələrdən sonra hökm çıxarıb.

Latın Amerikasının ən mühüm infrastruktur layihələrindən bəzilərində iştirak edən "Odebrecht” 2016-cı ildə ABŞ səlahiyyətlilərinə səxavətli rüşvətlə regionda dövlət müqavilələrini aldığını etiraf edib. ABŞ Ədliyyə Nazirliyinin araşdırması Meksika, Qvatemala və Ekvador da daxil olmaqla bir neçə ölkədə araşdırmalara səbəb olub.
Peru hakimiyyəti Toledo və daha üç keçmiş prezidenti tikinti nəhəngindən ödənişləri qəbul etməkdə günahlandırıb. Onlar iddia edirlər ki, Toledonun Braziliyanı Perunun cənubu ilə birləşdirən 650 kilometrlik avtomobil yolunun tikintisi üçün müqavilə qarşılığında "Odebrecht”dən 35 milyon dollar alıb.

Toledo iddiaları rədd edib. Onun vəkili Roberto Siu məhkəmədən sonra jurnalistlərə açıqlamasında hökmdən apelyasiya şikayəti verəcəklərini bildirib.
Prokuror Xose Dominqo Peres dinləmədən sonra hökmü "tarixi" adlandırıb və bildirib ki, bu, perululara "cinayət və korrupsiyanın cəzalandırıldığını" göstərir.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->