Bu gün Azərbaycan Respublikası Vəkillər Kollegiyası üzvlərinin konfransı keçirilib.
Qaynarinfo-nun məlumatına görə, konfrans çərçivəsində Vəkillər Kollegiyası Rəyasət Heyətinə növbəti 5 il üçün sədr seçkiləri keçirilib.
Seçkinin nəticələrinə əsasən, Anar Bağırov yekdilliklə yenidən Vəkillər Kollegiyasına sədr seçilib.
A. Bağırov çıxış edərək, ona göstərilən etimada görə vəkillərə təşəkkürünü bildirib və bundan sonrakı fəaliyyətində də Azərbaycan vəkilliyinin inkişafı üçün əlindən gələni edəcəyini vurğulayıb.
Şərhlər