Xəbər lenti

İdman 11:32 16.03.2025

"Şamaxı" Ayxan Abbasovla bağlı qərar verdi (RƏSMİ)

"Şamaxı” klubu baş məşqçi Ayxan Abbasovla yeni müqavilə imzalayıb.

Qaynarinfo klubun rəsmi saytına istinadən xəbər verir ki, tərəflər arasında bağlanılan yeni müqavilənin müddəti növbəti mövsümün sonuna qədərdir.

44 yaşlı mütəxəssis cari mövsümün əvvəlindən komandanın sükanı arxasındadır.

Qeyd edək ki, Ayxan Abbasov 21 yaşadək Azərbaycan milli komandasının da baş məşqçisidir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->