Xəbər lenti

İdman 13:43 20.12.2025

"Fənərbağça"nın prezidenti narotik qalmaqalıın mərkəzində

Türkiyənin "Fənərbağça" klubunun prezidenti və iş adamı Sadətdin Saran ifadə vermək üçün İstanbul prokurorluğuna çağırılıb.

Qaynarinfo xəbər verir ki, prokurorluqdan verilən məlumata görə, o, şübhəli qismində ifadə verəcək. Eyni zamanda, Saranın evində axtarış aparıldığı da məlum olub.

Ölkə xaricində olan Sadətdin Saranın təyyarəsi gecə saatlarında İstanbul "Atatürk” Hava Limanına enib. O, hava limanında "Fənərbağça” azarkeşləri tərəfindən şüarlarla qarşılanıb. 

İstanbul Respublika Baş Prokurorluğu tərəfindən aparılan narkotik istintaqında "narkotik maddə əldə etmək” və "narkotik maddədən istifadəyə şərait yaratmaq” ittihamları irəli sürülən "Fənərbağça” klubunun prezidenti Sadətdin Saranın vəkili, "Fənərbağça” klubunun idarə heyətinin üzvü vəkil Əli Alper Alpaoğlu bildirib ki, klub prezdenti haqqında mediada yayılan xəbərlərlə əlaqədar onun xahişi ilə ictimaiyyətə məlumat vermək zərurəti yaranıb.

Açıqlamada qeyd olunub ki, Saran dünən axşam keçirilən "Olimpiya Milan” – "Fənərbağça Beko” basketbol oyunu və bəzi transfer danışıqları üçün xaricə gedib. Ona barəsində aparılan məhkəmə prosesi ilə bağlı məlumat verildikdən sonra ölkəyə dönüş prosesinə başlanılıb və mümkün olan ilk uçuşla Türkiyəyə dönüb. Mövzu ilə bağlı məlumatlandırmanın davam etdiriləcəyi bildirilib.

"CNN Türk” müxbiri Merve Tokaz isə iş adamı Saranın evində aparılan axtarışla bağlı bildirib ki, o, şübhəli qismində narkotik istintaqı çərçivəsində ifadəyə çağırılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları onun evində axtarış aparıb. 

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->