"Meyxana sənəti bel sütununu itirdi. Heyif... Belə bir sənət adamını bu gün əlimizlə torpağa qoyduq".
Bunu Qaynarinfo-ya açıqlamasında meyxanaçı Ağamirzə Məmmədov həmkarı Kərim Novruzovun dəfn mərasimindən danışarkən deyib.
Ağamirzə Məmmədov dəfn mərasimində çox sayda insanın iştirak etdiyini bildirib:
"Bütün kənd əhli orda idi. Bundan əlavə, Kərimi sevən bütün insanlar, o cümlədən meyxanaçıların hamısı onunla vidalaşmağa gəldi. Sağ olsunlar, amma dəfndə cəmi bir nəfər müğənni var idi, o da Maştağalı Məzahir".
Ağamirzə Məmmədov mərhumun xəstə yatağında çox əziyyət çəkdiyini bildirib:
"Həyat yoldaşı, oğlu, gəlini, bacısı uşaqları onun qulluğunda durdular. Bir an olsun tək qoymadılar. Xəstələnməsəydi, daha böyük işlər görəcəkdi".
Qeyd edək ki, meyxanaçı Ağakərim Novruzov dekabrın 19-da dünyasını dəyişib. 8 il öncə onun beyninə qan sızmışdı. Həmin vaxtdan yataq xəstəsi idi.
Bahar Rüstəmli
Şərhlər