Xəbər lenti

Aliment borcuna görə oğurluq
Ölkə 14:36 07.02.2026

Aliment borcuna görə oğurluq

Bakıda fəaliyyət göstərən sərnişindaşıma şirkətlərindən birinə məxsus qarajdan oğurluq edilib. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, hadisəni şirkətin öz əməkdaşı törədib. O, qarajdan müxtəlif ehtiyat hissələri oğurlamaqla şirkətə 1500 manat ziyan vurub. 

Hüquq-mühafizə orqanlarına müraciətdən sonra həmin şəxs saxlanılıb və ona qarşı Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ittiham irəli sürülüb. Həmçinin barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilib. 

Cinayət işinə Suraxanı Rayon Məhkəməsində hakim Namiq Kərimovun sədrliyi ilə baxılıb. Məhkəmə zamanı müttəhim verilmiş ittiham üzrə özünü təqsirli bilib. O, əməlini aliment borcunun olması ilə izah edib. 

Zərəçəkmiş tərəf isə təqsilərnidirlən şəxsdən şikayətçi olmayıb. Şirkət rəsmisi həmçinin qeyd edib ki, 113, 197, 208, 209 saylı avtobuslar onların balansındadır. Araşdırmalarımız zamanı məlum olub ki, bu avtobuslar "Transkontrol" MMC-yə məxsusdur. İnternet resusrlarında da bu barədə qeyd edilib.

Məhkəmənin hökmü ilə müttəhim 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. 

Seyid
--> -->